Xəbərlər 27.01.2023 19:52 1733

Azay Quliyev seçicilərilə görüş keçirib - FOTOLAR

Bu gün deputat Azay Quliyev Binəqədi bələdiyyəsinin inzibati binasında seçiciləri ilə görüş keçirib. 

 

 QHT.az  xəbər verir ki, görüşdə iştirak edən seçicilər əfv, mənzil şəraitinin yaxşılaşdırması, torpaq sahəsinin sənədləşdirilməsi, məşğulluq və həyətlərin abadlaşdırılması və digər məsələlərlə bağlı deputata müraciətlərini çatdırıblar. Görüşdə iştirak edən mərkəzi və yerli icra hakimiyyət orqanlarının nümayəndələri, o cümlədən rayon bələdiyyəsinin rəhbəri seçicilərin qaldırdığı məsələlərin həlli ilə bağlı konkret qərarlar qəbul ediblər.

 

 

 

Deputat vətəndaşları narahat edən digər məsələlərin də araşdırılıb həlli ilə bağlı müvafiq addımların atılacağını bildirib.

 

 

 

Görüşdə Binəqədi bələdiyyəsinin sədri Mürsəl Eminov, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Sosial Xidmətlər Agentliyinin Bakı filialının müdir müavini Cahandar Axundov və Binəqədi rayon İcra Hakimiyyəti başçısının 1 nömrəli SİƏD üzrə nümayəndəsi Mübariz Məmmədov iştirak edib.

Fotolar


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı