Xəbərlər 25.04.2024 20:22 2561

Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Masallı rayon Komitəsinin hesabat-seçki konfransı

Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Masallı rayon Komitəsinin hesabat-seçki konfransı

 

Aprelin 25-də, Azərbaycan Mədəniyyət İşçiləri Həmkarlar İttifaqının (AMİHİ) Masallı rayon Komitəsinin VIII hesabat-seçki konfransı keçirildi.
Konfransda Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının Təşkilat işləri və məlumat şöbəsinin mütəxəssisi Elxan Şahverdiyev, Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin Əmək-texniki müfəttişi Çingiz İbrahimov, Lənkəran-Astara Regional Mədəniyyət İdarəsinin rəisi Bəxtiyar Qılıncov, rəis müavini Dadaş Muxtarlı, məsləhətçisi Miriş Hüseynli, Masallı Mədəniyyət Mərkəzinin direktor əvəzi Ceyhun Bəşirov, MİHİ-nin Lənkəran komitəsinin sədri Anar Salayev, “Yeni həyat” ictimai-siyasi qəzetinin əməkdaşı Akif Ağayev, eləcə də rayondakı mədəniyyət müəssisələrinin rəhbərləri, ilk həmkarlar təşkilatlarının sədrləri, həmkarlar fəalları iştirak edirdi. 
Nizami Gəncəvi adına Masallı rayon Mədəniyyət Mərkəzindəki tədbir öncəsi Dövlət himnimiz səsləndirildi, Ulu öndər Heydər Əliyevin və torpaqlarımızın bütövlüyü uğrunda canından keçən Vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad olundu.
İclasın sədri – Masallı Tarix-Diyarşünaslıq Muzeyinin direktoru, Əməkdar mədəniyyət işçisi Əntiqə Tağıyeva gündəlikdə duran məsələlər barədə iştirakçılara məlumat verdikdən sonra konfransın gündəlik və iş qaydası təsdiqləndi.
Sonra MİHİ-nın Masallı rayon Komitəsinin sədri Vəkil İsmailovun və Təftiş Komissiyasının sədri Əlizadə Rəhimovun hesabat məruzələri dinlənildi.
Məruzlər ətrafında çıxışlardan sonra MİHİ rayon Komitəsinin 2017-2023-cü illər ərzindəki fəaliyyəti qənaət bəxş qiymətləndirildi, təftiş komissiyasının hesabatı təsdiq olundu.
Konfransda 9 (doqquz) nəfərdən ibarət MİHİ rayon komitəsinin, 5 (beş) nəfərdən ibarət Rəyasət Heyətinin və 3 (üç) nəfərdən ibarət Təftiş komissiyasının tərkibi seçilərək təsdiqləndi. 
Daha sonra MİHİ Masallı rayon Komitəsinin sədri vəzifəsinə səs çoxluğu ilə yenidən seçilən Vəkil Əli oğlu İsmailovun təlimata uyğun olaraq MİHİ Respublika Komitəsinə üzv və komitənin XIX Konfransına nümayəndə seçilməsi dəstəkləndi.
Konfransın işində qonaq qismində iştirak edən Çingiz İbrahimov, Elxan Şahverdiyev və Bəxtiyar Qılıncov yeni seçilən sədri və heyət üzvlərini təbrik edib, onlara fəaliyyətlərində uğurlar arzuladılar. 
Konfransda MİHİ Respublika Komitəsinin sədri Adil Aslan oğlu Atakişiyevin MİHİ Respublika Komitəsinin XIX Konfransında yenidən MİHİ Respublika Komitəsinin sədrliyinə namizədliyi irəli sürüldü.

 

Akif AĞAYEV,

foto: Elsevər Əliyev.
 


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı