Xəbərlər 10.01.2023 10:08 804

ABŞ-da qalmaqal: Ağ Evdən etiraf kimi açıqlamalar - ÖZƏL

ABŞ prezidenti Bayden ofisindən çıxan məxfi sənədlərlə problem yaşayır. Qısa müddətdə ölkədə zəlzələ effekti yaradan hadisədən sonra Ağ Evdən etiraf kimi açıqlama gəldi və Ədliyyə Nazirliyinin hərəkətə keçdiyi üzə çıxdı.

QHT.az xəbər verir ki, ABŞ-da hazırki prezident Co Baydendir. Yersiz sözləri ilə məşhur olan ABŞ prezidenti Co Bayden bu dəfə məxfi sənədlərlə bağlı başı dərddədir.

Kilidli kabinetdə tapılan sənədlər tezliklə dünyanın bir nömrəli gündəm maddəsinə çevrildi.

Ölkə mətbuatında çıxan xəbərlərə görə, məxfi sənədlər Baydenin keçmiş şəxsi ofisində tapılıb.
Sənədlərin prezidentin 2017-ci ildən 2019-cu ilə qədər istifadə etdiyi kabinetdə tapıldığı bildirilir.

Yəni sözügedən sənədlər Obama dövrünə aiddir.

Hazırda ABŞ Ədliyyə Departamenti prezidentin Vaşinqton ofisində tapılan potensial məxfi sənədləri yoxlayır,
Prezidentin xüsusi müşaviri Riçard Sauber etiraf kimi səslənən bəyanatla çıxış edib. Sauber qeyd edib ki, 'məxfi məlumatları ehtiva edən bir neçə sənəd var'


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı