Xəbərlər 28.12.2022 13:37 989

Çində 200 avtomobil toqquşub, 1 nəfər ölüb - ÖZƏL

Çinin Henan əyalətinin paytaxtı Zhengzhou şəhərində təsirli olan qatı duman, Sarı çay üzərindəki magistral körpüdə zəncirvari qəzaya səbəb olub.

QHT.az xəbər verir ki, qatı duman səbəbindən azı 200 avtomobilin iştirakı ilə baş verən zəncirvari yol qəzasında bir nəfər ölüb.

 

Qəzada onlarla minik və yük maşını toqquşub.

 

Yerli mənbələrdən verilən açıqlamada qəza nəticəsində 1 nəfərin öldüyü, onlarla insanın yaralandığı bildirilib.

 

Qəzada yaralananlar saatlarla maşınlarında sıxışıb qalarkən, hadisə yerinə 11 yanğınsöndürən maşını və 66 nəfərlik xilasetmə qrupu göndərilib.

 

Bildirilib ki, duman səbəbindən görmə məsafəsi təxminən 200 metrə düşüb.


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı