“Vətən Naminə” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin sədri Tünzalə Abduləlimova Şəhid ailəsinə ehtiramın göstərilməsi, şəhid Miqdad Abduləlimovun xatirəsinin yad edilməsi və onun qəhrəmanlığının unudulmaması haqda fikirlərini açıqlayıb.

QHT.az həmin fikirləri təqdim edir:

"Ötən gün Quba Dövlət Sosial-İqtisadi Kollecinin nümayəndələri şəhid Miqdad Abduləlimovun ailəsini ziyarət ediblər.

Şəhidimizin ailəsi ilə görüş zamanı Miqdadın qəhrəmanlıq yolu, Vətən uğrunda göstərdiyi şücaət və əziz xatirəsi ətrafında söhbət aparılıb.

Şəhid ailələrinə göstərilən diqqət və ehtiram, balalarımızın unudulmaması bizim üçün çox dəyərlidir. Miqdadımın xatirəsini yaşadan, ailəmizin qapısını döyərək dərdimizə şərik olan hər kəsə minnətdaram.

Allah bütün şəhidlərimizə rəhmət eləsin!

Şəhidlər unudulmur, Vətən yaşadıqca onların adı yaşayır".