"Vətəndaşların Sosial Rifahı Naminə" İctimai Birliyinin sədr müavini Nədimə Rəhimli Beynəlxalq Miqrasiya İcmalı Forumunda (IMRF) iştirak edib və Forumla bağlı açıqlama verib.
QHT.az həmin açıqlamanı təqdim edir:
"Azərbaycan vətəndaş cəmiyyəti nümayəndəsi, Dövlət Miqrasiya Xidməti yanında İctimai Şuranın üzvü olaraq Beynəlxalq Miqrasiya İcmalı Forumunda (IMRF) iştirak edirəm.
Forumun məqsədi ölkələrin miqrasiya ilə bağlı imzaladığı “Təhlükəsiz, nizamlı və qanuni miqrasiya üçün Qlobal Pakt”ın icrası üzrə əldə olunan irəliləyişləri nəzərdən keçirmək, eyni zamanda miqrasiya proseslərini daha təhlükəsiz, ədalətli və beynəlxalq əməkdaşlıq çərçivəsində tənzimləməkdir".






