“İqtisadi İnkişaf və Sosial Tədqiqatlar Mərkəzi” İctimai Birliyinin rəhbər heyətindəki yeni təyinata əsasən, Fidan İsgəndər sədr müavini seçilib.
QHT.az xəbər verir ki, Fidan İsgəndər biznes, marketinq və psixologiya sahələrində geniş təhsilə malik olmaqla yanaşı, yerli və beynəlxalq layihələrin icrasında zəngin təcrübəyə sahib peşəkardır. Amerika Psixoloqlar Assosiasiyasının üzvü olan Fidan xanımın strateji idarəetmə və PR sahəsindəki bacarıqları İctimai Birliyin rəqəmsal nüfuzunun gücləndirilməsində və beynəlxalq əməkdaşlıqlarının genişləndirilməsində mühüm rol oynayır.
Analitik yanaşması və müasir liderlik keyfiyyətləri ilə seçilən Fidan İsgəndər təşkilatın 15 illik təcrübəsini innovativ həllərlə birləşdirərək onun inkişaf strategiyasına töhfə verir. Onun fəaliyyəti Mərkəzin sosial tədqiqatlar və institusional inkişaf istiqamətində qarşıya qoyduğu hədəflərə daha səmərəli şəkildə nail olmasına xidmət edir.






