Toğrul Nağıyev 2000-ci il iyunun 8-də Şəki şəhərində anadan olub.2005-ci ildə 2 nömrəli tam orta məktəbə gedib,2009-cu ildə 2 nömrəli Uşaq Musiqi məktəbinə daxil olub.2014-cü ildə Şəki regional Musiqi Kollecinə daxil olmuşdur.2018-ci ildə Musiqi Kollecini bitirmişdir. Subay idi. 2018-ci ildə iyunun 11-i Hərbi xidmətə yollanib. O, 2020-ci il yanvarin 10-u hərbi xidməti bitirib qayıtmışdır.

Azərbaycan Ordusunun əsgəri olan Toğrul Nağıyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Ağdərə istiqamətində gedən döyüşlərdə savaşıb. Toğrul Nağıyev oktyabrın 13-da Ağdərə istiqamətində şəhid olub. Şəki şəhərində dəfn olunub.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham ƏliyevinSərəncamına əsasən Toğrul Nağıyev ölümündən sonra “Suqovuşanın azad olunmasına görə”, “Cəsur döyüşçü” və "Vətən uğrunda" medalları ilə təltif edildi.