Professor, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında İctimai Şuranın sədri Elşad Məmmədov 2026-cı ildə Azərbaycanda pensiyaların və pensiya kapitallarının artırılması haqqında fikirlərini açıqlayıb.

QHT.az həmin fikirləri təqdim edir:

"Qeyd etmək lazımdır ki, Ölkə Prezidentinin Sərəncamı ilə 2026-cı ildə ildə də pensiyalar üzrə artım davam etdirilib. Belə ki, Sərəncam çərçivəsində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 2026-ci il yanvarın 1-dək təyin edilmiş bütün pensiyalar Dövlət Statistika Komitəsinin təqdim etdiyi məlumata əsasən, 2025-ci il üzrə orta aylıq əməkhaqqının illik artım göstəricisinə uyğun olaraq 2026-cı il yanvarın 1-dən 9,3 faiz indeksləşdirilməklə artırılıb.

Pensiyaların indeksləşdirilərək artırılması bütün pensiyaçılara (o cümlədən pensiyaçı olan hərbi qulluqçular, hüquq-mühafizə orqanları əməkdaşları və b.), yəni, 1,1 milyon pensiyaçıya şamil olunub və bu artımlar üçün illik əlavə olaraq 640 milyon manat vəsait ayrılıb.

Eyni zamanda, Sərəncamla sığortaolunanların fərdi hesablarında 2026-cı il yanvarın 1-dək qeydə alınmış pensiya kapitalları da istehlak qiymətləri indeksinin ötən ilki səviyyəsinə uyğun olaraq 5,6 faiz artırılıb. 

Pensiya artımı kimi, pensiya kapitallarının artırılması da e-sistem üzərindən avtomatik həyata keçirilir.

Pensiya kapitallarının hər il indeksləşdirilərək artırılması əmək müqaviləsi ilə çalışaraq sosial sığorta sistemində fəal iştirak edənlər üçün bir stimuldur. Onlar fərdi hesablarındakı pensiya kapitalının təkcə hər ay sosial sığorta ayırmaları ilə deyil, eyni zamanda, dövlət tərəfindən də hər ilin əvvəlində indeksləşdirilərək artırıldığının şahidi olurlar.

2026-cı ilin birinci yarımilində pensiya ödənişlərinə ötən ilin müvafiq dövrünə nisbətən 10 faiz (368 milyon manat) çox olmaqla 3 milyard 916 milyon manat vəsait yönəldilib!"