Dünyanın minlərlə şəhərində istehlak qiymətləri, daşınmaz əmlak, cinayətkarlıq səviyyəsi, səhiyyə və həyat keyfiyyəti göstəriciləri haqqında qlobal məlumatlar təqdim edən dünyanın ən böyük kütləvi onlayn məlumat bazası olan Numbeo dünya üzrə 2026-cı il üzrə kriminal vəziyyəti qiymətlədirib.

QHT.az ednews.net-ə istinadən xəbər verir ki, Azərbaycan bu yarımildə də ən aşağı cinayətkarlıq göstəricisi olan ölkələr sırasıa daxil olub. Yarım ilin göstəricilərinə görə 100 ballıq şkalada Azərbaycanda Cinayət İndeksi: 31.10, Təhlükəsizlik İndeksi: 68.90 balla qiymətləndirlib ki, bu da ölkədə kriminal durumun yaxşı, təhlükəsizliyin isə yüksək olmasını göstərir. Yəni kriminal durumla bağlı rəqəm nə qədər aşaəğıdırsa vəziyyət o qədər yaxşıdır, əksinə təhlükəsizlik məsələsində rəqəm yuxarı olduqca təhlükəsizlik də daha yaxşı təmin olunmuş hesab olunur və əksinə. Müqaisə üçün Fransanın 3 şəhərində təhlükəsizlik indeksi belədir. Paris 42, Marsel 33,9, Lion 40,68.

Cinayətkarlığın ümumi səviyyəsi Azərbaycanda 31,10 olması o deməkdir ki, xəritədə Azərbaycan yaşıl rənglə qeyd olunan ölkələr sırasındadır. Müqayisə üçün ən yaxşı kriminal duruma malik ölkə Andorradır. Bu ölkədə cinayət indeksi 13,5, təhlükəsizlik indeksi isə 86,5-dir.

Azərbaycan daha yaxşı göstəriciyə malik ola bilərdi. Sadəcə olaraq 13 göstərici üzrə yalnız birində-13 kriteriya üzrə Korrupsiya və rüşvətxorluq problemi göstəricisi indeks çox yüksəkdir ki, bu da ümumi qiymətlədirməyə bir qədər mənfi təsir göstərir. Bu göstərici üzrə indeks 79,83-dür. Digər göstəricilər üzrə vəziyyət yaxşı (aşağı), iki göstərici üzrə çox yaxşı (çox aşağı) və bir göstərici üzrə isə mülayim (orta) rəqəm verilir. Cinayətkarlıq səviyyəsi 26.10 (Aşağı), Son 5 ildə cinayətkarlığın artması 47.67 (Orta), Evin dağılması və əşyaların oğurlanmasından narahatlıq 27.23 (Aşağı), Soyğunçuluğa və ya qarətə məruz qalmasından narahatlıq 27.14 (Aşağı), Avtomobilin oğurlanmasından narahatlıq 18.58 (Çox Aşağı), Avtomobildən əşyaların oğurlanmasından narahatlıq 30.37 (Aşağı), Hücuma məruz qalmasından narahatlıq 28.61 (Aşağı), Təhqir olunmasından narahatlıq 33.87 (Aşağı), Dərinizin rəngi, etnik mənşəyi, cinsi və ya dininə görə fiziki hücuma məruz qalmasından narahatlıq 18.03 (Çox Aşağı), Narkotik istifadə edən və ya satan insanlarla bağlı problemli vəziyyətlər 36.04 (Aşağı), Vandalizm və oğurluq kimi problemli əmlak cinayətləri 29.82 (Aşağı), Hücum və silahlı soyğunçuluq kimi problemli zorakı cinayətlər 21.20 (Aşağı).

Azərbaycanın ayrı-ayrı şəhərləri üzrə göstərici belədir. Bakı şəhəri üzrə cinayət indeksi 29.73, təhlükəsizlik üzrə 70.27, Naxçıvan şəhəri üzrə müvafiq olaraq 23.38 və 76.62, Sumqayıt şəhəri üzrə müvafiq olaraq 46.93 və 53.07.

Beləliklə ölkəmizlə bu sahədə fəxr edə bilərik.