Xəbərlər 17.06.2025 19:33 50

Minskdə “Qərbi Azərbaycana Qayıdış Kopnsepsiyası” sənədinin təqdimatı keçirilib - FOTOLAR

Sosial Strateji Tədqiqatlar və Analitik Araşdırmalar İctimai Biriyinin təşkilatçılığı ilə “Qərbi Azərbaycana Qayıdış Konsepsiyasının təşviqi” adlı layihə çərçivəsində Belarusun paytaxtı Minsk şəhərində”Qayıdış,miqrasiy,stabillik;Azərbaycan təcrübəsi” adlı Dəyirmi Masa keçirilmişdir.Dəyirmi Masa Minskin mərkəzində yerləşən Avropa otelində baş tutmuşdur.

QHT.az xəbər verir ki, Dəyirmi Masada Belarus ictimaiyyətinin nümayəndələri,Azərbaycanın Belarus diaspora komitəsinin məsul şəxsləri,Minsk şəhər sovetinin,Belarus Miqrasiya komitəsinin məsul şəxsləri,Belarus Dövlət İdman Akademiyasının tələbələri,”KINIK”MMC-nin,”PORA” mərkəzinin,”Akademtrans” təşkilatının,18 saylı gimnaziyanın məsul şəxsləri iştirak etmişdir.

Dəyirmi Masada Sosial Strateji Tədqiqatlar və Analitik Araşdırmalar İctimai Biriyinin Prezidenti giriş və salamlama nitqi ilə çıxış etmişdir.Layihənin məqsədləri barədə,icraçı və donor təşkilat barədə iştirakçıları məlumatlandırmışdır.

Azərbaycan Diasporası tərəfindən hazırlanan və  Belarus əsilli gənc qızların ifasında “Uzundərə” milli rəqs proqramı qonaqlara təqdim edildikdən sonra Dəyirmi Masa öz işinə başlamışdır.

 

Sonra beynəlxalq hüquq sahəsində tanınmış ekspert Ziya Quliyev Azərbaycan həqiqətlərini Belaris ictimaiyyətinə təqdim etmişdir.O,Qərbi Azərbaycandan deportasiya olunmuş Azərbaycanlıların yaşadığı dəhşətlər barədə,insanların müxtəlif illərdə üzləşdiyi depoartasiya hadisələri,beynəlxlaq hüquq pozuntuları və statistik məlumatları  tədbir iştirakçılarına çatdırmışdır.

Ziya Quliyev Qərbi Azərbaycan icması tərəfindən hazırlanmış “Qərbi Azərbaycana Qayıdış Konsepsiya” sənədi və sənədin beynəlxalq hüquq prisiplərinin normativləri haqqında,humanizm və ləyaqətli qayıdış prosesləri və Ermənistanın öhdəlikləri barədə geniş məlumaltarla çıxış etmişdir.

Dəyirmi Masada “Akademtrans” Tədris Mərkəzinin eksperti Natalya Qarbuz və Sosial Strateji Tədqiqatlar və Analitik Araşdırmalar İctimai Biriyinin prezidenti İlqar Hüseynli tərəfindən miqrasiya məsələləri və Azərbayca və Belarus Respublikaları arasında əməkdaşlıq münasibətləri barədə geniş təqdimat edilmişdir.

Sonra təqdimatlara dair müzakirələr aparılmış,suallar cavablandırılmışdır.

Dəyirmi Masada Belarus Azərbaycan İcması Konqresinin sədr müavini Oleq Bədəlov,Minsk şəhər icrayyə komitəsinin sədr müavini Anastasiya Fransuzova və şəhər adminstasiyasının əməkdaşı Ekatrina Mixaylovskaya,Vətəndaşların İmiqrasiya İdarəsinin baş mütəxəsisləri Nina  Kosoykina və Tatyana Struk təqdimatçılara suallar ünvanlamış və şərhlərlə çıxış etmişlər.

Dəyirmi Masa öz işini çay kofe tədbiri ilə yekunlaşdırılmışdır.

 

Layihə Azərbaycan Respublikasının QHT-lərə Dövlət Dəstəyi Agentliyinin maliyyə vəsaiti ilə həyata keçirilir.


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı