QHT “COP-29-nun QLOBAL MİRASININ TƏHLİLİ” layihəsinin icrasına başlayıb
İyun ayının 1-də “Sağlam həyata doğru” Ekoloji İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin “COP-29-nun QLOBAL MİRASININ TƏHLİLİ” layihəsinin icrasına başlayıb.
QHT.az xəbər verir ki, layihə çərçivəsində BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Bakıda keçirilən COP-29 tədbirləri barədə geniş məlumat bazasını təşkil edən kitabçanın nəşr olunması işləri aparılacaq. Eyni zamanda layihə çərçivəsində Təşkilat tərəfində Azərbaycanın regionlarda, Oğuz, Şəki, Qax və Şamaxı şəhərində əhalinin müxtəlif təbəqələri ilə dəyirmi masa təşkil olunacaq və ən azı 25 nəfərin iştirakı ilə müzakirələr aparılacaq.
Layihənin son tədbiri Bakıda ictimaiyyət, media, elmi institutların və dövlət təşkilatlarının iştirakı ilə yekun Dəyirmi masanın təşkil olunması planlaşdırılır. Layihənin əsas məqsədi COP -29-da müzakirə olunan məsələlər, İqlim dəyişmələrinin yumşaldılması üçün öhdəliklər və tədbirlər barədə geniş məlumat tədbir iştirakçılarına təqdim olunacaq.