Xəbərlər 22.04.2025 09:23 98

“Canını xilas edən ana, uşaqlarını xilas edə bilmir" - QHT sədri

"Təmas" Regional İnkişaf İctimai Birliyinin sədri Südabə Məmmədova bir ay əvvəl sığınacağa yerləşdirilən 3 uşaqlı qadının ürəkağrıdan hekayəsini ictimaiyyətlə bölüşüb.

QHT.az xəbər verir ki, onun sözlərinə görə, ana həyat yoldaşının zorakılığından canını xilas edə bilsə də, uşaqlarını onun əlindən qurtarmaq mümkün olmayıb. Hal-hazırda uşaqlar zorakı atanın yanında qalmaqda davam edir. Qadının hüquqlarının müdafiəsi istiqamətində “Təmas” İctimai Birliyi tərəfindən artıq hüquqi prosesə başlanılıb və yaxın günlərdə məhkəmə işinə baxılması gözlənilir. Lakin prosesə qədər olan müddətdə ananı ən çox narahat edən məsələ uşaqlarının ondan uzaqlaşdırılması və zorakı ata tərəfindən anaya qarşı yönləndirilməsidir.

Südabə Məmmədova deyir: "Canını xilas edən ana, uşaqlarını xilas edə bilmir. İndi isə uşaqların qorxu, təzyiq və ya şirin vədlərlə anaya qarşı çevrilməsi təhlükəsi var. Bu, ədalət deyil."

O, həmçinin vurğulayır ki, ölkədə uşaqlarla bağlı təcili qərarlar verə biləcək ayrıca və ixtisaslaşmış məhkəmələrin olmaması səbəbindən bir çox qadın həm də analıq hüququndan məhrum olmaq məcburiyyətində qalır:

"Bunu hansı ana haqq edir?" – deyə o, ictimaiyyətə və səlahiyyətli qurumlara müraciət edir.

 

Pərvanə Fərhadqızı


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı