Xəbərlər 17.03.2025 23:46 529

Türkman vətəndaş cəmiyyəti təmsilçiləri ilə QHT Agentliyində görüş keçirilib - FOTOLAR

2025-ci il martın 17-də Türkiyə, İraq, Suriyadan olan türkman QHT-lərindən ibarət nümayəndə heyəti QHT-lərə Dövlət Dəstəyi Agentliyində olub. 
 

Agentliyin icraçı direktoru Aygün Əliyeva heyətə Agentliyin fəaliyyəti barədə ətraflı məlumat verib, türkman QHT-ləri ilə əməkdaşlığın gücləndirilməsi yolları müzakirə edilib. Türkman təşkilatları Azərbaycanda türkman irsinə yüksək qiymət verilməsini,  tarixi-mədəni köklərə bağlılığı xüsusi qeyd ediblər və buna görə Azərbaycan dövlətinə təşəkkür ediblər.

 


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı