Xəbərlər 17.03.2025 13:21 160

Məktəblilər BDU-nu ziyarət ediblər - FOTOLAR

Bakı şəhərindəki 307 nömrəli tam orta məktəbin X sinif şagirdləri Tələbə Gənclər Təşkilatının təşkilatçılığı ilə Bakı Dövlət Universitetini (BDU) ziyarət ediblər.

QHT.az xəbər verir ki, şagirdlər Heydər Əliyev Muzeyi, Heydər Əliyev lektoriyası, Elmi Kitabxana, “Zəfər tarixi” lektoriyası, Genetika və təkamül muzeyində olublar. Şagirdlərə BDU-dakı ixtisaslar barədə ətraflı məlumat verilib. Bildirilib ki, müasir dövrün tələbləri və karyera imkanları nəzərə alınaraq, tələbələr üçün hər cür şərait yaradılıb. Universitetin müasir tədris metodları, informasiya texnologiyaları sahəsində tətbiq etdiyi yeniliklər, BDU-nun “TEKNOFEST” və “Robotex” komandalarının beynəlxalq uğurları da diqqətə çatdırılıb.

Sonda tələbələr BDU-nun yeni təmir olunmuş 2 saylı tədris binasında yaradılan şəraitlə də tanış olublar.

Fotolar


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı