Xəbərlər 25.02.2025 15:16 180

Zaur İbrahimli: "ABŞ iqtisadi mövqeyini qorumaq üçün yeni geosiyasi sövdələşmələrə çalışır"

“Prioritet” Sosial İqtisadi Araşdırmalar Mərkəzi İctimai Birliyinin sədri Zaur İbrahimli ABŞ-ın hazırkı iqtisadi və geosiyasi strategiyası ilə bağlı maraqlı açıqlamalar verib. Onun sözlərinə görə, ABŞ 1970-ci illərdə SSRİ-yə qarşı Çinlə əməkdaşlıq etdiyi kimi, indi də Çinin güclənməsinin qarşısını almaq üçün Rusiya ilə sövdələşməyə çalışır.

QHT.az xəbər verir ki, İctimai Birliyin sədri bildirir ki, Rusiya prezidenti Vladimir Putin ABŞ-ın keçmiş prezidenti Donald Trampa iqtisadi baxımdan sərfəli təkliflər təqdim edib. “Moskva yenə də vaxtilə SSRİ sənayesinin qurulduğu dövrlərdə olduğu kimi, Amerika biznesini öz ərazisinə cəlb etməyə çalışır,” - deyə o vurğulayıb.

Trampın Avropa siyasətinə toxunan ekspertin fikrincə, o, Avropanı iqtisadi cəhətdən zəiflətməyə və böyük güclərin imtiyazlarını qəbul etməyə məcbur etmək istəyir. Bununla belə, Trampın Londonla olan münasibətlərində tam razılığa gəlmədiyini və istədiyi payı ala bilmədiyini qeyd edib. Onun sözlərinə görə, Trampın bu siyasəti aparmaq üçün ciddi əsasları var, çünki əks halda ABŞ iqtisadi çətinliklər qarşısında tab gətirə bilməyəcək. O, ölkənin daxili problemlərinə - sosial parçalanmaya, fantastik xarici borca, dərin iqtisadi qeyri-bərabərliyə və sahil ştatları ilə daxili materik ştatları arasındakı fərqlərə diqqət çəkib. “Bütün bunların həlli üçün isə vəsait lazımdır,” - deyə İbrahimli fikirlərini tamamlayıb.

 

Pərvanə Fərhadqızı


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı