Xəbərlər 10.02.2025 08:01 168

UNEC Sosial-İqtisad Kolleci tələbələrinin Mediasiya Şurasında təcrübə proqramı başa çatdı - FOTOLAR

2023-cü ildə Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) nəzdində fəaliyyət göstərən Sosial-İqtisad Kolleci ilə Mediasiya Şurası arasında tələbələrin istehsalat təcrübəsi keçməsinə dair əməkdaşlıq müqaviləsi imzalanmışdı.

QHT.az xəbər verir ki, bu razılaşma çərçivəsində Sosial iş ixtisasında təhsil alan daha bir qrup V kurs tələbəsi Mediasiya Şurasında tədris-istehsalat təcrübəsini uğurla başa vurub. Təcrübə müddətində tələbələr mediasiya sahəsində praktiki biliklər əldə edərək, real iş mühitində peşəkar bacarıqlarını inkişaf etdirmək imkanı qazanıblar.

Qeyd edək ki, Mediasiya Şurası gələcəkdə də tələbələrin bilik və bacarıqlarını artırmaları üçün təcrübə proqramlarının davam etdirilməsini planlaşdırır.


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı