Xəbərlər 24.01.2025 10:38 243

"Vətən Naminə" İctimai Birliyi Quba rayonunda tədbir keçirib - FOTOLAR

Quba rayonu Rizvan Cəbrayılov adına Təngəaltı kənd ümumtəhsil məktəbində fərqlənən şagirdlər və müəllimlər üçün xüsusi tədbir təşkil edilib. Tədbirdə "Vətən Naminə" Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin sədri, şəhid Miqdad Abdüləlimovun anası Tünzalə Abdüləlimova iştirak edib.

QHT.az xəbər verir ki, bu barədə İctimai Birliyin sədri özü məlumat verib. Onun sözlərinə görə, tədbirin əsas məqsədi təhsil sahəsində fərqlənənlərə diqqət göstərmək və onları təltif etmək olub. "Vətən Naminə" İctimai Birliyi tərəfindən məktəb kollektivinə şəhidlərimizin xatirəsini yaşatmaqda göstərdikləri töhfələrə görə fəxri fərmanlar təqdim edilib.

Fəxri fərmanla təltif olunanlar arasında məktəbin direktor əvəzi Nuranə Mustafayeva, Sinifdənxaric və Məktəbdənkənar Tərbiyə İşləri üzrə təşkilatçı Fatimə Mövlanova və IX sinif şagirdi Nərmin Fətullayeva yer alıb.

Tədbirdən sonra valideynlər və müəllimlər arasında səmimi söhbətlər baş tutub. Tünzalə Abdüləlimova qeyd edib ki, bu cür tədbirlər cəmiyyətin gələcəyi olan uşaqların formalaşmasında böyük əhəmiyyət daşıyır və Təngəaltı kənd məktəbi nümunəvi məktəblərdən biri kimi seçilir.

Tədbirin sonunda kollektivə gələcək fəaliyyətlərində uğurlar arzu edilib.

 

Pərvanə Fərhadqızı


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı