Xəbərlər 04.12.2024 18:36 175

"Gender bərabərliyi və məişət zorakılığı” mövzusunda maarifləndirici görüş keçirilib - FOTOLAR

Bu gün İctimai İaşə və Xidmət üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin inzibati binasında Hüquq və İnsan Haqları İnstitutunun əməkdaşları H.Əliyev və A.Ariflinin iştirakı ilə “Gender bərabərliyi və məişət zorakılığı” mövzusunda maarifləndirici görüş keçirilib.

QHT.az xəbər verir ki, görüşdə Peşə Təhsil Mərkəzinin 21-i qız, 17-si oğlan olmaqla 38 tələbəsi iştirak edib. Tədbirdə giriş sözü ilə çıxış edən A.Arifli ilk növbədə Hüquq və İnsan Haqları İnstitutu və onun fəaliyyət istiqamətləri barədə qısa məlumat verdikdən sonra gender bərabərliyinin anlayışı, tarixi, normaları barədə qısa məlumat vermiş, məişət zorakılığının anlayışı, Avropa İnsan Hüquqları Məhkəməsinin qərarlarında məişət zorakılığı ilə bağlı dövlətlərə verilən tövsiyələri tələbələrin nəzərinə çatdırıb.

Daha sonra İnstitutun təlimçi-eksperti H.Əliyev gender əsaslı zorakılıq barədə çıxış edərək onun anlayışı, gender əsaslı zorakılığa səbəb olan normalar, onun yaratdığı fəsadlar, habelə gender əsaslı zorakılığın məişət zorakılığından fərqləndirən cəhətlər barədə geniş məlumat vermişdir.

Sonda isə tələbələrin mövzu çərçivəsində ünvanladıqları bütün suallar məruzəçilər tərəfindən cavablandırılıb.

Fotolar


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı