Xəbərlər 28.11.2024 12:45 124

Beş və daha çox uşağı olan valideynlər üçün pensiya güzəştləri: Elşad Məmmədovdan açıqlama 

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında İctimai Şuranın sədri, Azərbaycan Texniki Universitetinin İnnovativ İqtisadi Araşdırmalar Mərkəzinin rəhbəri, professor Elşad Məmmədov QHT.az-a açıqlamasında Azərbaycanda beş və ya daha çox uşağı olan valideynlərin pensiyaya çıxmaqla bağlı güzəştlərindən danışıb.

Professor qeyd edib ki, bu kateqoriyaya aid olan şəxslərin pensiyaya beş il daha tez çıxmaq imkanı qanunvericilikdə nəzərdə tutulub. “Əgər bu şəxslər minimum pensiya almaq üçün yetərli pensiya kapitalına malikdirsə, həmin kapital əsasında pensiya ödənişləri həyata keçiriləcək. Əks halda, onlara sosial müavinətlərin verilməsi təmin edilir,” – deyə Elşad Məmmədov bildirib.

O, əlavə edib ki, dövlət büdcəsində sosial yönümlü xərclərin artımı ənənəvi xarakter daşıyır və son illər sosial müdafiə sistemində şəffaflıq sahəsində əhəmiyyətli irəliləyişlər əldə olunub. “Düşünürəm ki, bu kateqoriyaya aid olan şəxslərin və digər sosial ödənişlər alan insanların təminatı ilə bağlı hər hansı problem yoxdur,” – deyə professor vurğulayıb.

 

Pərvanə Fərhadqızı

QHT.az


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı