Xəbərlər 01.11.2024 20:38 1921

“Gender əsaslı zorakılıq (GƏZ) əleyhinə mübarizə” mövzusunda kaskad təlimlər keçirilib - FOTOLAR

Bakıda “Gender əsaslı zorakılıq (GƏZ) əleyhinə mübarizə” mövzusunda kaskad təlimlər keçirilib.

QHT.az xəbər verir ki, BMT-nin Əhali Fondu (UNFPA) ilə əməkdaşlıq çərçivəsində Hüquq və İnsan Haqları İnstitutu oktyabrın 28, 29 və 31-də Bakı şəhərində təşkil olunan “Gender əsaslı zorakılıq (GƏZ) əleyhinə mübarizə” mövzusunda keçirilən kaskad təlimləri uğurla başa vurub.

Bu təlimlər iştirakçıların gender bərabərsizliyi ilə mübarizədə bilik və bacarıqlarını inkişaf etdirmək məqsədi ilə icra olunub.

Ümumilikdə 70 iştirakçı – psixoloq, vəkil, hüquqşünas, müəllim, tələbə və sosial yönümlü ictimai birliklərin nümayəndələri təlimdə iştirak edib. Təlimin sonunda bütün iştirakçılara sertifikatlar təqdim olunub.


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı