Xəbərlər 09.09.2024 18:59 1644

"Keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışı uğurla davam edir" - Anar Xəlilov

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi yanında İctimai Şuranın sədri Anar Xəlilov QHT.az-a açıqlamasında bildirib ki, keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıtmaq prosesi uğurla davam edir. O, bu çağırışın böyük əhəmiyyət kəsb etdiyini vurğulayıb:

"Təbii ki, bu gün keçmiş məcburi köçkünlər üçün ən böyük çağırış öz doğma yurdlarına qayıtmaqdır. Ölkə başçısının qəbul etdiyi Böyük Qayıdış proqramına uyğun olaraq mərhələli şəkildə bərpa olunmuş ərazilərimizə köçlər aparılır. Artıq köçkünlərimizin öz yurdlarına qayıdaraq məskunlaşmalarının şahidi oluruq. Onlar böyük sevinc və həvəslə geri dönürlər."

Anar Xəlilov qeyd edib ki, prosesin uğurla davam etməsi və dövlət proqramına uyğun olaraq bütün köçkünlərin öz yurdlarına geri dönmələri təmin olunacaq. Geri qayıtmaq istəməyən məcburi köçkünlər isə çox az saydadır: "Bu prosesin mərhələli şəkildə həyata keçirilməsi və köçkünlərin öz torpaqlarına qayıtması, Qarabağın bərpası istiqamətində mühüm addımlardan biri hesab edilir".

 

Pərvanə Fərhadqızı

QHT.az


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı