Xəbərlər 05.08.2024 22:54 1928

QHT “Fiziki məhdudiyyətli uşaqların reabilitasiyası” adlı layihəsini icra edir - FOTOLAR

“Çıraq” Uşaq İnkişaf Mərkəzi 1 iyun tarixindən Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Fiziki məhdudiyyətli uşaqların reabilitasiyası” adlı layihəsi icra edir.

QHT.az xəbər verir ki, layihənin əsas məqsədi Sumqayıt şəhər və Corat qəsəbəsindən olan 3-15 yaş arası 20 fiziki məhdudiyyətli uşağa  sosial reabilitasiya xidmətləri göstərməklə onların cəmiyyətə inteqrasiya olunmasına dəstək olmaqdı. Layihədə Sumqayıt şəhəri ilə yanaşı Corat qəsəbənin  seçilmə səbəbi orda yaşayan əlilliyi olan uşaqların və ailələrin cəmiyyətdə həyata keçirilən bütün fəaliyyətlərdə iştirakını təmin etmək, əlillik sahəsində insanların iştirakını və məlumatlılıq səviyyəsinin artırımaq, bilik və bacarıqlarını inkişaf etdirməkdir. Layihənin icrası zamanı 50-dən çox fiziki məhdudiyyətli uşaqların ailələri ilə əlaqə saxlanılmışdı. Seçilmiş ailələr əlilliyi olan uşağa sahib olmaqla yanaşı, əhalinin imtiyazlı təbəqəsindəndir. Bu ailələr- tək valideynli (qəyyumu, himayəçisi olan), birinin  əlilliyi və ya xəstəliyi olan, digərinin daimi iş yeri olmayan və ya  2 və daha çox əlilliyi şəxs olan  ailələrdi. Uşaq serebral iflicin müxtəlif növlərindən əziyyət çəkən və qismən müəyyən bacarıqları olan uşaqlar layihəyə cəlb olunmuşdu.

Uşaqlara layihəyə cəlb olunmuş ixtisaslaşmış pedaqoq və loqoped tərəfindən nəzərdə tutulmuş mövzular əsasında təlimlər keçirilir. Təlimlər sosiallaşma və ünsiyyət, koqnitiv bacarıqlar və təhsil, nitq problemləri və s. sahələri əhatə edir. Uşaqlar bu təlimlərə fərdi və qrup şəklində qoşulur. Təlimlərdən sonra valideynlərlə iş aparılır.

Corat qəsəbəsindən olan 30-dan çox  fiziki məhdu diyyətli uşaqların ailələri ilə əlaqə saxlanılmış və onlardan qismən müəyyən bacarıqları olan uşaqlar layihəyə cəlb olunmuşdu. Corat qəsəbəsinin Yerli icra nümayəndəliyi, Bələdiyyə,Ailə sağlamlıq mərkəzi,Mədəniyyət evinin nümayəndələri ilə mütəmadi görüşlər keçirilir. Qəsəbədə yaşayan ağır psixoloji gərginliyi olan fiziki məhdudiyyətli uşaqlarla mütəmadi olaraq  iş aparmaqla onların cəmiyyətdən təcrid olunmasının qarşısını alınmış və müəyyən məşğuliyyətlərə cəlb olunublar. Bundan başqa serebral iflicin ağır formasından olan uşaqların valideynlərinə ev şəraitində təlimlər verilmişdi.

Layihəyə cəlb olunmuş uşaqların bir qismi yeni təhsil ilində 1-ci sinfə gedəcək uşaqlardı.Bu uşaqların məktəbdən öncə reabilitasiyaya cəlb olunması onlarda özünəgüvən hissini artırır və təhsildə daha uğurlu nəticələr əldə etməyə kömək edəcəkdir. Ümumiyyətlə, layihəyə cəlb olunmuş ailələrdəki uşaqların çox hissəsi heç bir yerə çıxışı olmayan uşaqlardır. Layihənin əsas məqsədi də cəlb olunmuş uşaqlardakı sosiallaşmanı artırmaqla  onların cəmiyyətdə iştirakını təmin etməkdi.

Fotolar


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı