Xəbərlər 19.07.2024 16:37 3737

YAP Şirvan şəhər ərazi partiya təşkilatının iki illik hesabat yığıncağı keçirildi- FOTOLAR

Yeni Azərbaycan Partiyası Şirvan şəhər G.Şıxbala oğlu küçəsi 74 ünvanında yerləşən ərazi partiya təşkilatının sədri Taleh Məmmdovun 2-illik hesabat yığıncağı keçirildi.

QHT.az xəbər verir ki, tədbir iştirakçıları Ümummilli lider Heydər Əliyevin abidəsi ziyarət edib, abidə önünə gül-çiçək dəstələri düzərək, əziz xatirələrini ehtiramla anıldı. Sonra “Heydər Əliyev Xatirə Muzeyi” ziyarət olundu.Tədbir ərazi partiya təşkilatının konfrans zalında davam etdi. Yığıncaqda YAP Şirvan şəhər təşkilatının sədri Zahir Qəhrəmanov və ərazi partiya təşkilatının üzvləri iştirak edib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi. Ümummilli lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş Şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

Tədbir iştirakçılarına ulu öndər Heydər Əliyev haqqında böyük vətəndaş, böyük Azərbaycanlı, böyük siyasətçi, böyük lider adlı vidosujet təqdim edildi. Taleh Məmmədov çıxışında əsasını Ulu Öndər Heydər Əliyevin zəngin dövlətçilik irsindən danışaraq Ulu Öndərin yaratdığı partiyanın üzvü olduğu üçün fərəh hissi duyduğunu bildirdi və iclası açıq elan etdi. Ərazi partiya təşkilatının hesabat dövrü ərzindəki ərazi partiya təşkilatının fəaliyyəti barədə məlumat verdi. YAP Şirvan şəhər təşkilatının tapşırıq və tövsiyələrini layiqincə yerinə yetirdiyini və bundan sonra da yerinə yetirəcəyini bildirdi. Yeni Azərbaycan Partiyası Şirvan şəhər təşkilatının təsis edilməsinin 31-ci il dönümü münasibətlə Yeni Azərbaycan Partiyası Şirvan şəhər təşkilatının bütün üzvlərini təbrik etdi.

İclasda çıxış edən ərazi partiya təşkilatinin üzvləri 1-ci Qarabağ müharibəsi veteranı Kazımov Toğrul və Ələkbərov Bəxtiyar ümummilli Lider Heydər Əliyevin Azərbaycanın dövlətçilik tarixindəki müstəsna yeri və rolundan bəhs etdilər. Qeyd edildi ki, Ulu Öndər xalqımızın xilaskarı, müasir müstəqil Azərbaycan dövlətinin banisidir. Məhz onun uzaqgörənliyi, strateji düşünmə bacarığına əsaslanan idarəçilik modeli qısa zaman kəsiyində ölkəmizin dayanıqlı və davamlı inkişafı üçün zəmin yaradıb. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə son 20 ildə ölkəmizin davamlı inkişaf etdiyi, Ulu Öndərin şah əsəri olan müstəqil Azərbaycanın yeni uğurlar əldə etdiyi xüsusi vurğulandı.

Yeni Azərbaycan Partiyası Şirvan şəhər təşkilatının sədri hörmətli Zahir Qəhrəmanova söz verildi. YAP Şirvan şəhər təşkilatının sədri Z.M.Qəhrəmanov Yeni Azərbaycan Partiyasının yaranması, Şirvan şəhərində görülən işlər barədə danışaraq Yeni Azərbaycan Partiyası üzvlərinin bu görülən işlərdə gösdərdiyi fəallıqlarını vurğuladı. Ərazi partiya təşkilatının qarşısında duran vəzifələrdən danışaraq, onların görəcəyi işlər barəsində öz tövsiyyələrini verdi. YAP Şirvan şəhəri Gülbala Şıxbala oğlu 74 ünvanda “Shirvan OC Ltd” Şirkətində YAP-ın ərazi partiya təşkilatının ötən dövr ərzindəki fəaliyyətini “kafi” qiymətləndirdi.

Yeni Azərbaycan Partiyasına xidmət etmək Azərbaycana xidmət etmək deməkdir.


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı