Xəbərlər 17.07.2024 01:00 2854

İctimai Şura yarım illik fəaliyyətinə yekun vurulub - FOTOLAR

Salyan Rayon Icra hakimiyyəti yanında fəaliyyət göstərən ictimai şura 2024-cü ilin birinci yarısında gördüyü işlərə yekun vurub.

QHT.az xəbər verir ki, bu münasibətlə Salyan Rayon İcra Hakimiyyətində yığıncaq keçirilib. RİH başçısı Sevindik Hətəmovun da iştirak etdiyi tədbirdə  ictimai şura sədri Rüstəm Məlikov məlumat verib ki, rayon icra hakimiyyəti yanında ictimai şura 3 il əvvəl fəaliyyətə başlayıb. 9 nəfərdən ibarət olan  kollektiv qeyri- hökumət təşkilatlarını və yerli medianı təmsil edir. Ötən müddət ərzində şura üzvləri rayon ictimaiyyəti arasında hörmət və nüfuz qazanmaqla yanaşı, insanların müraciət etdiyi, fikir bölüşdürdüyü bir quruma çevrilib.

2024-cü ilin birinci yarısında şura üzvləri fəaliyyətlərini vətəndaşların  bu və ya digər problemlərlə bağlı müraciətlərini səlahiyyətləri daxilində aidiyyəti orqanlar qarşısında qaldırmaqla deyil, eyni zamanda özləri də qarşılaşdıqları, müşahidə etdikləri nöqsanların yerindəcə müsbət həllinə nail olmağa çalışıblar. İlin əvvəlindən bəri  rayonda ətraf mühitin qorunması, xüsusi ilə “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində vətəndaşların müraciətlərinə, arzu və təkliflərinə xüsusi həssaslıqla yanaşılıb, vətəndaş təşəbbüsü ilə Kür çayı sahilində yeni ağaclar əkilib, ictimai iməciliklər keçirilib.

Salyanda ictimai şuranın fəaliyyətinin rayon icra hakimiyyəti tərəfindən əlaqələndirilməsi, yığıncaqlarda RİH rəhbəri Sevindik Hətəmovun iştirak etməsi qaldırılan məsələlərə operativ münasibətin göstərilməsi və müsbət həll olunması rayonda ictimai şuranın nüfuzunun daha da artmasına, onların fəaliyyətlərinin genişlənməsinə şərait yaradıb. Hesabat yığıncağında RİH başçısı Sevindik Hətəmov çıxış edərək rayonda sosial- iqtisadi inkişafın bütün sahələrinə həyata keçirilən işlər barədə danışıb və  dövlətimizin siyasətinin həyata keçirilməsində ictimai şuraların müsbət rolunu vurğulayıb, fəaliyyətin daha da səmərəli olması üçün tövsiyələrini verib.

Şura üzvilərindən Məhəmməd Ağayev, Allahverdi Piriyev, Arif Əsgərov, Leyla Nəsirova, Sevinc Bünyatova və başqaları çıxış edərək vətəndaşların müraciətlərinin həyata keçirilməsi istiqamətində görülən işlərdən danışıb və təkliflər veriblər. Sonda Şuranın növbəti ilin ikinci yarısı üçün fəaliyyət planı müzakirə edilib.


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı