Xəbərlər 11.06.2024 08:09 4336

İlkin hazırlıq kursunu başa vuran mediatorların yekun imtahanı keçirilib - FOTOLAR 

10 iyun 2024-cü il tarixində mediasiya təlim qurumu olan AR Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyasında mediatorların ilkin hazırlıq kursunu başa vuran mediatorların yekun imtahanı keçirildi.

QHT.az xəbər verir ki, imtahanda “Mediatorların hazırlığı və ixtisaslarının artırılması ilə bağlı Təlim Qaydası”nın təsdiq edilməsi barədə Nazirlər Kabinetinin Qərarına uyğun olaraq, İmtahan Komissiyası tərəfindən mediasiya ilə bağlı namizədlərin nəzəri və təcrübi bilikləri yoxlanıldı. İmtahan Komissiyasının sədri, Ədliyyə Akademiyasının prorektoru Elçin Xələfov, Komissiyanın üzvləri Mediasiya Şurası İdarə heyətinin sədri Nadir Adilov, Komissiyanın müstəqil ekspert üzvü, Azərbaycan Respublikası Məhkəmə Hakimləri Assosiasiyaları İttifaqının nümayəndəsi, Vəkillər Kollegiyasının üzvü Kəramət Əliyev mediatorlara ilkin baza məlumatları ilə bağlı istiqamətlər üzrə suallar verib və mediatorların bilik səviyyəsini qiymətləndiriblər.

Qeyd edək ki, imtahanda 15 nəfər namizəd iştirak edib. Onlardan 12 nəfər namizəd isə məqbul nəticə alıb.


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı