Xəbərlər 22.05.2024 18:26 1788

Narkotiklərlə mübarizə mövzusunda maarifləndirici tədbir - FOTOLAR

Nizami rayonu 61 saylı məktəbdə narkotiklərlə mübarizə mövzusunda maarifləndirici tədbir keçirilib. Hüquq və İnsan Haqları İnstitutu Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi ilə birgə Bakı məktəblərində təşkil etdiyi “Narkotiklərlə mübarizə sağlam gələcəyin yoludur” mövzusunda maarifləndirici tədbirləri davam etdirir.

QHT.az xəbər verir ki, bu gün Nizami rayonu 61 saylı tam orta məktəbdə təşkil olunan tədbirdə cəmiyyətdə narkotiklərlə mübarizənin həlli yolları müzakirə olunub, narkotiklərin qanunsuz dövriyyəsinin və narkomanlığın yayılmasının qarşısının alınması, gənc nəslin sağlamlığının qorunması istiqamətində yeniyetmələrlə geniş fikir mübadiləsi aparılıb.

Məktəbin direktoru Zenfira Şıxəliyeva çıxış edərək vətəndaşların sosial vəziyyətindən asılı olmayaraq, narkotiklərin hamı üçün eyni dərəcədə təhlükə mənbəyinə çevrilməsindən və bu vərdişlərin məktəblərdə yayılmaması üçün zəruri tədbirlərin görülməsinin vacibliyindən danışıb.

İnstitutun İdarə Heyəti sədrinin müavini Vəfaddin İbayevin, təlimçilər Əmrah Rəhimlinin və Aygün Ariflinin maraqlı təqdimatları ilə keçirilən tədbirdə Nizami Rayon Məhkəməsinin hakimi Qumru Əliyeva, Nizamı RPİ-nin Yetkinlik yaşına çatmayanlarla iş üzrə profilaktik işin təşkili bölməsinin inspektoru Nuranə Fətəliyeva mövzuya dair öz maraqlı təcrübələrini şagirdlərlə bölüşüblər.

Tədbirdə ümumi olaraq 75 nəfər şagird və müəllim iştirak edib.

Fotolar


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı