Xəbərlər 30.03.2024 17:40 2446

Masallı məktəblərində Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı tədbirlər keçirilib

Masallı məktəblərində Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı tədbirlər keçirilib

 

Lənkəran-Astara Regional Təhsi İdarəsinin Masallı rayonu üzrə təhsil sektorunun tabeliyində fəaliyyət göstərən ümumtəhsil müəssisələrində 31 Mart – Dünya Azərbaycanlılarının Soyqırımı Günü ilə bağlı silsilə tədbirlər keçirilib.
Tədbirlər çərçivəsində mövzu ilə əlaqədar xüsusi dərslər, dəyirmi masalar, vətənpərvərlik mövzusunda ədəbi-bədii kompozisiyalar, rəsm sərgiləri və s. təşkil edilib.
Tədbirlər öncəsi soyqırımı qurbanlarının, torpaqlarımızın bütövlüyü uğrunda canlarının fəda edən vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib, soyqırımının tarixi haqqında şagirdlərə ətraflı məlumat verilib.
Bildirilib ki, 1918-ci il martın 30-dan aprelin 3-dək Bakı, Şamaxı, Quba, Qarabağ, Zəngəzur, Naxçıvan, Lənkəran və Azərbaycanın digər ərazilərində Bakı Soveti və bolşevik-daşnak silahlı dəstələri tərəfindən xalqımıza qarşı kütləvi qırğınlar törədilib. Vurğulanıb ki, mart soyqırımları öz amansızlığına və miqyasına görə təkcə Azərbaycan tarixində deyil, bəşər tarixində ən qanlı faciələrdəndir. 
Ulu öndər Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti kimi 26 mart 1998 ci il tarixdə 31 Mart Azərbaycanlıların Soyqırımı Günü kimi qeyd olunması barədə sərəncam imzaladığı şagirdlərin diqqətinə çatdırılıb.

 

Akif AĞAYEV


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı