Xəbərlər 18.04.2024 12:54 1212

İnformasiya Texnologiyaları Sahəsində Əməkdaşlıq Memorandumu İmzalanıb

Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) ilə Bakı Dizayn Akademiyası arasında əməkdaşlıq memorandumu imzalanıb.

QHT.az xəbər verir ki, memoranduma əsasən:

-UNEC-də BDA-nın distribütor olduğu ABŞ-ın nəhəng informasiya texnologiyaları şirkətlərinin beynəlxalq təlim və imtahan mərkəzləri yaradılacaq;

-BDA və UNEC-in birgə iştirakı ilə müvafiq ixtisaslar üzrə təlim, seminar və konfranslar təşkil edililəcək;

-Tələbələr “Phyton”, eləcə də digər İT ixtisasları üzrə UNEC-də təşkil olunacaq imtahanlarda iştirak edərək, beynəlxalq sertifikatlar ala biləcəklər. 

-Tələbələr “Java”, “HTML”, “Data Analytics”, “Cisco” və digər brendlərin, həmçinin “Microsoft” ixtisaslarının beynəlxalq təlimlərindən yararlanmaq imkanı əldə edəcəklər.


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı