Xəbərlər 17.04.2024 12:22 1827

Ədliyyə naziri yeni kadrlarla bağlı əmr imzalayıb

Ədliyyə naziri Fərid Əhmədovun müvafiq əmri ilə Əbülfət Həsənova nazirliyin Katibliyinin rəisi vəzifəsinin müvəqqəti icrası həvalə edilib. Bundan əvvəl, Ə.Həsənov Daxili İşlər Nazirliyi Katibliyinin İcra intizamına nəzarət və qeydiyyat şöbəsinin rəisi vəzifəsində işləyib.

Nazirlikdən QHT.az-a  verilən məlumata görə nazirin digər əmrləri ilə İcra baş idarəsinin rəis müavini Fərid Əfəndiyev işdən azad edilib və həmin vəzifənin icrası Bərdə regional ədliyyə idarəsinin rəisi Fəqan Şabanova həvalə olunub.


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı