Xəbərlər 11.04.2024 15:59 4249

Sumqayıtda Heydər Əliyev mərkəzində "Günümüzün aktual infeksion xəstəlikləri" mövzusunda konfrans keçirilib - FOTO

Sumqayıtda Heydər Əliyev mərkəzində "Günümüzün aktual infeksion xəstəlikləri" mövzusunda konfrans keçirilib Konfransda Milli Məclisin deputatı Müşfiq Məmmədli, TƏBİB-in Tibbi xidmətlərin inkişafı departamentinin rəhbəri Yaqut Qarayeva, Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu Yoluxucu xəstəliklər kafedrasının müdiri, infeksionist Təyyar Eyvazov, Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu Yoluxucu xəstəliklər kafedrasının assistenti, infeksion xəstəlikləri üzrə həkim mütəxəssisi Vasif Əliyev, İnfeksion Xəstəlikləri üzrə həkim mütəxəssisi Mədinə Abdullayeva, İnfeksionist - hepatoloq Azər Nağıyev iştirak edib.

Tədbirdə qızılcanın müalicə və diaqnostikasında xüsusi məqamlar, Hepatit A infeksiyasının müalicə və profilaktikası, göy öskürəyin aşkarlanması və idarə olunması mövzusunda çıxışlar edildi. Sonda tədbirdə iştirak edən həkimlərin mövzu üzrə verdiyi suallar spikerlər tərəfindən cavablandırıldı.

 

Fotolar


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı