Xəbərlər 09.04.2024 15:59 5253

BSU-da "İnklüziv təhsildən inklüziv cəmiyyətə” II Beynəlxalq elmi-praktik konfrans və Beynəlxalq Autizm Maarifləndirmə aylığı çərçivəsində  "Autizmdə effektiv müdaxilələr"mövzusunda məlumat sessiyası keçirilib

Aprelin 9-da Bakı Slavyan Universitetində (BSU) 

"İnklüziv təhsildən inklüziv cəmiyyətə” II Beynəlxalq elmi-praktik konfrans və Beynəlxalq Autizm Maarifləndirmə aylığı çərçivəsində " Autizmdə effektiv müdaxilələr"(ABA – Tətbiqi Davranış Analizi) mövzusunda məlumat sessiyası keçirilib.

Tədbirdə “Birgə və Sağlam” İctimai Birliyinin psixoloqu Nərmin Həsənli autizm haqqında ümumi məlumat verərək auitizmin statistikası, onun diaqnostikası, auitizm-spektr pozuntusu barəsində danışıb. O,

autizmdə reabilitasiya metodları sırasında yer alan Tətbiqi Davranış Analizi (ABA) ilə bağlı ətraflı məlumat verib. ABA tədris proqramının əhəmiyyəti və effektivliyindən söz açıb.

Məlumat sessiyası tələbələri maraqlandıran sualların cavablandırılması ilə yekunlaşıb.

Fotolar


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı