Xəbərlər 09.04.2024 08:47 1001

Rusiyada sel fəlakətində son vəziyyət: 6 min 100 nəfər təxliyə edilib

Rusiyanın Orenburq vilayətində baş verən sel fəlakəti zamanı Orsk şəhərində bəndin partlaması nəticəsində ən azı 10 min evi su basıb, 230 min əhalisi olan şəhərdə isə 6 min 100 nəfər təxliyə edilib. Rusiya prezidenti Vladimir Putin fövqəladə hallar naziri Aleksandr Kurenkova bölgəyə səfər etməyi və yoxlamalar aparmağı tapşırıb.

Orenburq vilayətinə yağan şiddətli yağış nəticəsində Orsk şəhərinin ərazisindən keçən Ural çayı suyun səviyyəsinin qalxması nəticəsində qurduğu bənddən daşıb. Orsk meri Vasili Kozupitsa bildirib ki, şəhərin ikinci çayı olan Yelşanka daşıb və ərazidə yaşayanların təxliyəsi üçün tədbirlər görülüb.

Orsk şəhərində 3-ü uşaq olmaqla 9 nəfər xəstəxanaya yerləşdirilərkən, onların xəsarətlərinin həyati təhlükəsinin olmadığı açıqlanıb. Orsk şəhərində bəndin partlaması ilə 230 min əhalisi olan şəhərdə ən az 10 min evi su basdı və 6 min 100 adam təxliyə edildi . Şəhərdəki 40 məktəbdən 15-i sel sularına təslim olub . Su basmış ərazidə yaşayan insanlar evlərini kanoe ilə tərk etməli olublar. Orenburq vilayətinin qərbində yerləşən Buzuluk qəsəbəsində Samara çayının suyunun artdığı və bölgədə lazımi ehtiyat tədbirlərinin görüldüyü bildirilib.

 


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı