Xəbərlər 08.04.2024 09:59 1510

Əlilliyi olan Şəxslərin İş Qabiliyyətlərinin İnkişaf Etməsi Üçün Təlimlər - FOTOLAR

Əlilliyi olan şəxslərin həyat şəraitinin yaxşılaşıdırılması istiqamətində ən mühüm vasitələrdən biri də onların biznes bacarıqlarının artırılmasıdır.

QHT.az xəbərn verir ki, “Demokratiyanı Öyrənmə” İctimai Birliyi tərəfindən “Əlilliyi olan şəxslərin sosial hüquqlarının həyata keçirilməsinə dəstək” layihəsi çərçivəsində təşkil olunan “Öz biznesinə başla” təlimləri məhz yetərli bilik və bacarıqlara malik olmadıqlarından ilk addımlarını ata və yaxud biznesini genişləndirə bilməyən əlilliyi olan şəxslər üçün nəzərdə tutulub. Təlim 02-04 aprel 2024-cü il tarixlərində Bərdə şəhərində Ağdam, Bərdə, Mingəçevir və Tərtər rayonlarından öz bizneslərini qurmaqda maraqlı olan şəxslərin iştirakı ilə  keçirilib.

Beynəlxalq Əmək Təşkilatının ekspertləri tərəfindən keçirilən təlimlərdə iştirakçılara fərdi sahibkarlıq, hüquqi şəxs yaradılması, vergilər, o cümlədən biznes, marketinq planın hazırlanması, özünəməşğulluq proqramına müraciət və digər  məsələlərə dair bilik və bacarıqlar öyrədilib. Növbəti mərhələdə təlim iştirakçılarına biznes planının hazırlanması, özünəməşğulluq proqramına müraciət və digər məsələlərdə dəstək verilməsi üçün mentorluq davam edəcək.

İştirakçılar təlimləri yüksək qiymətləndirərək bu cür təlimlərin onların həyatına müsbət təsir edəcəyinə əminliklərini ifadə ediblər.


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı