Xəbərlər 06.04.2024 08:54 2050

UNEC Dekanlar Şurasına yeni sədr təyin olunub - FOTOLAR

Aprelin 5-də Dekanlar Şurasının növbəti iclası keçirilib. Tələbə təşkilatlarının rəhbələrinin də təmsil olunduğu iclasda ara qiymətləndirmə imtahanlarının təşkilinin vəziyyəti, dekanların fəaliyyətinin təkmilləşdirilməsi məsələləri müzakirə olunub. Eyni zamanda tələbələri maraqlandıran suallar cavablandırılıb.

QHT.az xəbər verir ki, müzakirələrdən sonra səlahiyyət müddəti bitmiş Dekanlar Şurasının ilk sədri, Maliyyə və mühasibat fakültəsinin dekanı dosent Hafis Hacıyev səmərəli fəaliyyətinə görə Fəxri Fərmanla təltif edilib.

Rotasiya əsasında yeni sədrlik İqtisadiyyat və idarəetmə fakültəsinin dekanı dosent Elçin Eyvazova həvalə olunub.

Qeyd edək ki, UNEC Dekanlar Şurası dekanları vahid mərkəzdə birləşdirərək, fakültələrdəki yenilikləri bölüşmək və problemlərin müzakirəsini təşkil etmək məqsədilə yaradılıb.

Elçin müəllimi təbrik edirik, fəaliyyətində uğurlar arzulayırıq!


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı