Xəbərlər 05.04.2024 09:58 759

Xankəndidə avtomat və qumbaralar tapıldı

Polis əməkdaşları Xankəndi şəhərində avtomat və qumbaralar tapıblar.

 

QHT.az bildirir ki,  bu barədə Axar.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.

 

Bildirilib ki, keçirilən tədbirlərlə aprelin 4-də Xankəndi şəhəri ərazisindən 3 avtomat silahı, 2 tüfəng, 5 qumbara, 37 patron darağı, 3148 ədəd müxtəlif çaplı patron, 6 ədəd rabitə vasitəsi və digər sursatlar aşkar olunaraq götürülüb.


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı