Xəbərlər 05.04.2024 01:10 912

 QHT “İmişli gəncləri üçün liderlik məktəbi"nə start verir!

"Regional İnkişaf" İctimai Birliyi “İmişli gəncləri üçün liderlik məktəbi"nə start verir!

QHT.az xəbər verir ki, layihənin məqsədi İmişli rayonundan olan gənclərin liderlik bacarıqlarını inkişaf etdirmək, onların yeni bilik və təcrübələr qazanmasına, eyni zamanda strateji idarəetmə, problem həll etmə, effektiv kommunikasiya və yaradıcı düşüncə kimi liderlik keyfiyyətlərinə yiyələnməsinə imkan yaratmaqdır.

3 ay davam edəcək proqramda 17-29 yaşarası gənclərin iştirakı nəzərdə tutulur.

Müraciət üçün son tarix: 15 aprel 2024-cü il

Qeydiyyat linki: https://rb.gy/vnxqi9

QR koda daxil olmaqla da qeydiyyatdan keçə bilərsiniz!

Qeyd edək ki, Aprelin 5-də Qərbi Azərbaycan İcması və “Regional İnkişaf” İctimai Birliyinin birgə təşkilatçılığı ilə həyata keçirilən “Qərbi Azərbaycan: Tarixin izi ilə” layihəsi çərçivəsində Gəncə şəhərində gənclər üçün məlumatlandırıcı sessiya təşkil olunacaq.


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı