Xəbərlər 04.04.2024 16:33 1130

İnsanlar nəyə görə solaxay doğulurlar?

Hollandiyalı alimlər dünyada insanların təxminən 10%-nin dominant sol əllə doğulmasının ehtimal olunan səbəbini müəyyən ediblər.

QHT.az xəbər verir ki, solaxay və sağ əllilik beyin yarımkürələrinin fəaliyyəti ilə müəyyən edilir. Əksər insanların daha inkişaf etmiş sol yarımkürəsi var ki, bu da dominant sağ əlinə nəzarət edir. Bununla belə, hər onuncu şəxsdə əks vəziyyət var - dominant sağ yarımkürə onları solaxay edir. Son vaxtlara qədər beynin asimmetrik inkişafına nəyin səbəb olduğu aydın deyildi.

Mütəxəssislər hesab edirlər ki, səbəb gendən də gələ bilər. Onların tapıntıları Böyük Britaniyada toplanmış 350 mindən çox insanın genetik məlumatlarının öyrənilməsinə əsaslanır.

“Biz inanırıq ki, solaxaylıq hallarının çoxu, spesifik genetik və ya ətraf mühitin təsiri olmadan, embrional beyin inkişafı zamanı təsadüfi dəyişikliklər nəticəsində yaranır. Məsələn, beyin formalaşmasının əsas mərhələlərində müəyyən molekulların konsentrasiyasında təsadüfi dalğalanmalar”, - tədqiqatın aparıcı müəllifi, nevroloq Klayd Franks qeyd edib.

Tədqiqatçılar solaxaylıqla psixi pozğunluqlar arasında əlaqə olduğunu qeyd ediblər. Məsələn, solaxaylarda şizofreniya xəstəsi iki dəfə, autizm xəstəsi isə sağ əllilərdən təxminən üç dəfə çoxdur.

 

Pərvanə Fərhadqızı


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı