Xəbərlər 13.03.2024 16:03 2169

“Bu işdə həvəsdən düşməməyimə səbəbkar “Səni qəmli görəndə” mahnısı olub”- QHT sədri

““Qarabağ” mahnısını Sovet dönəmində dinləyəndə şüuraltı qatda belə bir fikir formalaşırdı: Qarabağ heç vaxt erməniləşdirilə bilməyəcək! Müstəqilliyimizi təzəcə qazandığımız illərdə bu mahnını dinləyəndə hər bir insan ölümünün yaxınlaşdığını hiss etdiyi kimi, Qarabağın da müvəqqəti olaraq iritiləcəyi hissinin yaratdığı üçün qəhərlənirdik”.

Bu sözləri “Bəhram Nəsibov yaradıcılığının təbliği” İctimai Birliyinin sədri Adil Nəsibov QHT.az-a bildirib. Onun sözlərinə görə, Qarabağın işğalı dövründə bu mahnını dinləyəndə Qarabağın ətrini bu mahnıdan alaraq işğalla barışmır və Qarabağın azad edilməsi üçün Dövlətimizin sülh prosesi ilə paralel olaraq müharibəyə də hazırlaşmasını daha dərindən anlayırdıq: “II Qarabağ müharibəsində döyüşə yollanan, yaraları sarınan və azad edilən ərazilərdə bu mahnını oxuyub oynayan müzəffər ordumuzun ifasında dinləyəndə şüuraltı qatda belə bir fikir formalaşırdı: Bizi xalq olaraq sındırmaq, əymək, parçalamaq mümkünsüzdü. Biz tarix boyu qalib olmuşuq, tariximizdə bizi başıaşağı edəcək heç bir məqam da olmayıb. Qalib gəlmək üçün mütləq müvəqqəti olaraq məğlub olmaq lazımdır. Məğlubiyyəti dadmayan adam qalib gəlməyi bacarmaz”.

Adil Nəsibov həmçinin bildirib ki, bəstəkarın övladı olmaqla bərabər təqdqiqatçısı olub, bu müqəddəs işdə ona kömək etməyə borclu olan hər kəs biganəlik edib: “Bunu xəyanət hesab edirəm. Bu işdə həvəsdən düşməməyimə səbəbkar “Səni qəmli görəndə” mahnısı olub. Bu mahnını yaradanda bəstəkar qızdırmanın içində olub. Həkim gələnə qədər yuxuda bu mahnının Filarmoniyada müğənni Əbülfət Əliyevin ifasında təkrar-təkrar tamaşaçıların tələb etməsini görür. Ayılıb mahnını lentə alır, indi də sevincindən yata bilmir. Həkimi qızdırması olmadığı halda boş yerə çağrılmasına etiraz edir. Mahnının yaranması ilə qızrıdması düşüb. Ona görə gördüyüm bu müqəddəs işdə qarşılaşdığım xəyanətlər hər dəfə məni əsəbləşdirib qızışdıranda bu mahnı əsəblərimə su çiləyib, yoluma su kimi səpilib, nur ələyib”.

 

Pərvanə Fərhadqızı


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı