Xəbərlər 04.04.2024 15:06 1235

BMT-nin Baş katibi Beynəlxalq Mina Xəbərdarlığı və Mina Fəaliyyətinə Yardım Günü ilə əlaqədar MÜRACİƏTİ

BMT-nin Baş katibi Antonio Quterreş Beynəlxalq Mina Xəbərdarlığı və Mina Fəaliyyətinə Yardım Günü ilə əlaqədar müraciət ünvanlayıb. QHT.az həmin müraciəti Azərbaycan dilində sizə təqdim edir:

Minalar, partlayıcı sursatlar və müharibə qalıqları Əfqanıstandan Myanmara, Sudandan Ukraynaya, Kolumbiyadan Qəzzaya qədər bütün dünyada silahlı münaqişələrlə üzləşən milyonlarla insanı birbaşa təhdid edir.

Müharibələr bitdikdən sonra belə, bu ölümcül cihazlar onilliklər ərzində icmalara ziyan vura, qadınlar, kişilər, və uşaqlar üçün gündəlik və ölümcül təhlükə yarada və mühüm humanitar və inkişaf yardımlarına əngəl ola bilir.

Birləşmiş Millətlər Təşkilatının cəsur minatəmizləmə işçiləri bu ölümcül silahları aradan qaldırmaq, insanların öz icmalarında təhlükəsiz hərəkətinə şərait yaratmaq , əhalinin və humanitar işçilərin təhlükəsizliyini təmin etmək məqsədilə təhsil və təhlükə qiymətləndirmələri aparmaq üçün tərəfdaşlarla işləyir.

Bu ilki mövzu – “Həyatların mühafizəsi, sülhün qurulması” - bizə xüsusi risk altında olanları, o cümlədən əlilliyi olan insanları qorumaq ehtiyacını xatırladır.

Mən həmçinin üzv dövlətləri BMT-nin Minalarla Mübarizə Strategiyasını dəstəkləməyə, Piyada Əleyhinə Minaların Qadağası Konvensiyasını, Kasetli Sursatlar haqqında Konvensiyanı və Adi Silahlar haqqında Konvensiyanı ratifikasiya etməyə və tam şəkildə həyata keçirməyə çağırıram.

Ölkə-ölkə, icma-icma, gəlin dünyanı bu silahlardan birdəfəlik təmizləyək.


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı