Xəbərlər 09.05.2024 11:51 5904

Azərbaycan rəsmiləri BMT-nin Vətəndaş Cəmiyyəti Konfransında iştirak edir - FOTOLAR

Tarixdə ilk dəfə Qlobal Cənubda - Keniyanın paytaxtı Nayrobi şəhərində BMT-nin 2024-cü il üzrə Vətəndaş Cəmiyyəti Konfransı keçirilir. BMT-yə üzv dövlətlərin rəsmi heyətlərinin, dünyanın aparıcı QHT-lərinin, beyin mərkəzlərinin, media qurumlarının, özəl şirkətlərinin iştirakı ilə keçirilən tədbirdə 2000 nəfərdən çox iştirakçı toplaşıb. Qlobal konfrans bu il sentyabrın 22-23-də BMT-nin Nyu-Yorkdakı mənzil qərargahında dünya liderlərinin iştirakı ilə keçiriləcək “Gələcəyin Sammiti”nə hazırlıq məqsədilə təşkil olunub. BMT-nin Baş katibi Antonio Quterreşin də BMT-nin Vətəndaş Cəmiyyəti Konfransında iştirak üçün Keniyaya gəlişi gözlənilir. 
 

QHT.az xəbər verir ki, 2 gün davam edəcək konfransın əsas müzakirə mövzularından biri də qlobal iqlim dəyişmələridir. Bu baxımdan COP29-a ev sahibliyi edəcək ölkə kimi mövzu Azərbaycan üçün xüsusi əhəmiyyət daşıyır. 


Konfransda Azərbaycanın Keniyadakı səfiri Sultan Hacıyev, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının QHT-lərlə iş və kommunikasiya şöbəsinin QHT-lərlə iş sektorunun müdiri Tural Əliyev, COP29 Təşkilat Komitəsinin üzvü, QHT-lərə Dövlət Dəstəyi Agentliyinin icraçı direktoru Aygün Əliyeva, Medianın İnkişafı Agentliyinin şöbə müdiri Nigar Hüseynova iştirak edir.
 

 


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı