Xəbərlər 04.04.2024 14:23 1078

İçki və Tütün Məhsullarında xərcləmənin strukturunda qeyri-əsas dəyişiklik: Ekspert

"Bu ilin ilk 2 ayında pərakəndə ticarət dövriyyəsinin həcmi 8 milyard 555 milyon manat olub. Bu dövrdə xərcləmələrin 50,1 faizi ərzaq məhsullarının, 5,1 faizi içkilər və tütün məmulatlarının, 1,3 faizi kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarının, qalanı isə digər mallarının alınmasına sərf olunub".

QHT.az xəbər verir ki, bu sözləri iqtisadçı ekspert Vüqar Bayramov bildirib. Onun açıqlamasına görə, xərcləmələrin strukturunda diqqəti çəkən məqam içkilər və tütün məmulatların alınmasına yönəldilən vəsaitin həcmidir. İlk 2 ayda vətəndaşların bu məqsəd ilə 440.4 milyon manat xərclədiklərini də vurğulayır: "Bu o deməkdir ki, vətəndaşlar tərəfindən içkilər və tütün məmulatların alınmasına hər ay orta hesabla 220 milyon manat xərclənir. 2024-cü ilin ilk 2 ayında kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarına isə cəmi 109 milyon manat xərclənib. Yəni, Azərbaycanda içki və tütün məhsullarına kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarının alınması ilə müqayisədə hər ay 4 dəfə çox pul xərclənir".


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı