Xəbərlər 03.04.2024 21:18 1657

Vəziyyəti ağır olan Şəhidin qızı üçün müalicə dəstəyi - FOTOLAR

Şəhid polkovnik-leytenant Zaur Cəfərovun qızı Səlbi balamız böyrək çatışmazlığından əziyyət çəkirdi və bir ay öncə vəziyyəti ciddi dərəcədə ağırlaşmışdı.

QHT.az xəbər verir ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və Yeni Klinikanın dəstəyi ilə Səlbi balamız Yeni Klinikada 1 ay davam edən ağır müalicə prosesindən sonra nəhayət bu gün - öz doğum günündə evinə buraxılıb.

"Zəfər" Şəhid Ailələrinə Dəstək İctimai Birliyi 1 ay davam edən müalicə prosesi ərzində Səlbi balamızın və ailəsinin yanında olub, bu prosesdə göstərdikləri dəstəyə görə bir daha Müşfiq doktor başda olmaqla, Yeni Klinikanın bütün kollektivinə öz təşəkkürlərini bildirib.

Şəhidimizin əmanəti Səlbi balamızı doğum günü münasibətilə ürəkdən təbrik edir, ona gələcək həyatında bol-bol uğurlar və cansağlığı arzulayırıq!

Fotolar


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı