III Aqrobiznesin İnkişafı Forumu təşkil edilib - FOTOLAR
BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi ilə birgə III Aqrobiznesin İnkişafı Forumunu təşkil edib.
QHT.az xəbər verir ki, tədbirin məqsədi kənd təsərrüfatı əsaslı biznes sektorunda qlobal təcrübələri bölüşmək və maraqlı tərəfləri bir araya gətirmək olub. Forumda aqrobiznes sektorunun hazırkı vəziyyəti və gələcək perspektivləri, habelə, iqlimə davamlı maliyyələşdirmə, subsidiyalar vasitəsilə kənd təsərrüfatının maliyyələşdirilməsi və dövlət-özəl tərəfdaşlıq yönümlü bir sıra məsələlər müzakirə olunub.