Xəbərlər 02.04.2024 16:04 1127

Naxçıvan MR-də də artıq 9,3 mindən çox pensiya, müavinət və təqaüd təyinatı e-sistem üzərindən proaktiv qaydada aparılıb

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə birgə işlər nəticəsində Muxtar Respublikada da sosial ödənişlərin elektron sistemlər üzərindən proaktiv təyinatı mexanizmləri qurulub.

 

Muxtar Respublikada artıq 9,3 mindən çox pensiya, müavinət və təqaüd təyinatı e-sistem üzərindən proaktiv qaydada aparılıb. 

 

Nəticədə həmin sosial ödənişlərə hüququ yaranmış şəxslərin müraciətinə və sənəd təqdim etmələrinə ehtiyac qalmadan proaktiv qaydada bu ödənişlərin təyinatı həyata keçirilib. 

 

Eyni zamanda, artıq Naxçıvan MR-də də artıq e-sosial.az portal üzərindən pensiya barədə məlumat ala bilmək, e-arayışlar əldə etmək imkanı yaradılıb.


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı