Xəbərlər 02.04.2024 10:04 1004

Autizm sindromlu əlilliyi olan şəxslər də reabilitasiya xidmətləri ilə təmin edilir

Hazırda ölkəmizdə 4 minə yaxın autizm sindromlu əlilliyi olan şəxs var. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin reabilitasiya mərkəzlərində autizm sindromlu əlilliyi olan şəxslər də reabilitasiya xidmətləri ilə təmin edilir.  

 

Onların potensiallarına uyğun inkişafını, sərbəst yaşamaq imkanlarını dəstəkləmək məqsədilə tibbi və sosial-psixoloji reabilitasiya xidmətləri göstərilir. Bu xidmətlərə koqnitiv, nitq, özünəqulluq bacarıqlarının inkişafı məqsədilə psixoloq, loqoped, erqoterapiya yoqa, ippoterapiya, dance ability (rəqs terapiyası) və s. daxildir. 

 

Mərkəzlərdə autizm sindromlu əlilliyi olan şəxslər ambulator xidmətlərlə yanaşı, icma əsaslı, telereabilitasiya, səyyar formalarda da reabilitasiya xidmətləri ilə təmin olunurlar.

 

Autizm sindromlu əlilliyi olan uşaqlar Agentlik tərəfindən həftədə bir dəfə ippoterapiya (atlarla terapiya) xidmətlərinə də cəlb edilir. Beynəxalq təcrübəyə əsaslanan bu terapiya autizm spektr pozuntusu ilə yanaşı, daun simdromu, serebral iflic, nitq qüsurları və s. olan uşaqların sosial-psixoloji və fizioterapevtik reabilitasiyasına müsbət təsir göstərir.


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı