Xəbərlər 01.04.2024 19:16 1804

"Dünya Hemofiliya Günü,147 ölkədə qeyd olunur" - QHT sədri

"Dünya Hemofiliya Günü dünyanın 147 ölkəsində qeyd edilir. Bütün dünyada olduğu kimi Azərbaycanda hər il Hemofiliyalı Xəstələrin Respublika Assosiasiyası tərəfindən bu gün müxtəlif tədbirlər çərçivəsində qeyd olunur".

QHT.az xəbər veriri ki, bu sözləri Hemofiliyalı Xəstələrin Respublika Assosiasiyasının sədri Ayaz Hüseynov bildirib. Onun sözlərinə görə, bu il Hemofiliyalı Xəstələrin Respublika Assosiasiyası Mirzə Ələkbər Sabir Fondu, Beynəlxalq Muğam Mərkəzi ilə bərabər dövlət qurumları, həkimlər və ictimai xadimlərin iştirakı ilə Dünya Hemofiliya Gününə həsr olunmuş Muğam konserti təşkil edir: "Məqsəd müxtəlif nadir qanın laxtalanma pozğunluqları il olan xəstəliklərə dövlət qurumlarının, həkimlərin və ictimaiyyətin diqqətinin cəlb edilməsi və bununlada keyfiyyətli müalicəyə nail olunmasıdır".

 

 


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı