Xəbərlər 01.04.2024 17:30 2387

Rauf Zeynidən AÇIQLAMA: “Psixi Sağlamlıq, İnsan Hüquqları, Dəyirmi Masa müzakirələri”

QHT.az “Azərbaycanda psixi sağlamlıq məsələləri və psixi pozuntulardan əziyyət çəkən şəxslərin hüquqları" mövzusunda keçirilən Dəyirmi Masa ilə bağlı Azərbaycan Milli QHT Forumunun prezidenti Rauf Zeynidən açıqlama alıb.

O, açıqlama zamanı qeyd edib ki, bu gün İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) təşəbbüsü ilə “Azərbaycanda psixi, sağlamlıq məsələləri və psixi pozuntulardan əziyyət çəkən şəxslərin hüquqları” mövzusunda Dəyirmi Masa keçirildi, Dəyirmi Masada insan hüquqları üzrə müvəkkil (ombudsman) Səbinə Əliyeva giriş nitqi bu problemin nə dərəcədə aktual olduğunu, bu günlər bir çox məsələlərin öz həllini gözlədiyi ilə əlaqədar olaraq geniş məlumatlandırdı, belə bir tədbirin keçirilməsində çox böyük zərurət olduğunu qeyd etdi: “Sonra Səhiyyə Naziri Teymur Musayev, Milli Məclisin Səhiyyə Komitəsinin sədri cənab Əhliman Əmiraslanov, Ailə, Qadın Uşaq Problemləri Komitəsinin sədri, Milli Məclisin deputatı Hicran Hüseynova, Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycandakı nümayəndəsi Hande Harmancı, Azərbaycan Tibb Universitetinin rektoru, professor Gəray Gəraybəyli, Azərbaycan Psixiatrlar Assosiasiyasının prezidenti cənab Nadir İsmayılov və digər şəxslər çıxış edərək bu məsələ ilə əlaqədar olaraq öz dəyərli fikirlərini bildirdilər. Həm qanunvericilik bazasının təkmilləşdirilməsi, qanunda olan ziddiyyətlərin aradan qaldırılması, qurumlar arasında koordinasiyanın lazımi səviyyədə olmaması, qəbul olunan qərarların icrasında yol verilən nöqsanlar, əlaqədar qurumların bir-biri ilə daha sıx əməkdaşlıq etməsi və kadr problemləri, psixiatrların çatışmaması məsələləri müzakirə olundu. Respublikada əvvəlki illərdə 500 psixatr fəaliyyət göstərirmişsə, indi 200 -ə enib. Bununla əlaqədar olaraq həm təhsil məsələsində, həm klinik psixatrların, yəni demək olar ki, peşəkar psixatrların sayının çox aşağı səviyyədə olması ölkədə öz fəsadlarını göstərməkdədir. Mən də həm qanunvericilikdə olan boşluqların və təzadların olması, eyni zamanda qanunun təkmilləşdirilməsi, qanunvericilik bazasının təkmilləşdirilməsi məsələlərinə toxundum. Handa xanım da beynəlxalq əməkdaşlıqla əlaqədar öz fikirlərini bildirdi. Qanunların icrasının vəziyyəti də bizi narahat edirdi. Biz bunlarla əlaqədar da öz fikirlərimizi bildirdik və qeyd etdik ki, bir xalq ki, 30 ildən çox ədalətsiz işğalla üzləşib, o xalqın psixoloji vəziyyəti, o cümlədən psixiatriya problemləri, onun mənbəyi bəllidir. Bundan irəli gələrək biz məsuliyyətlə əməkdaşlıq etməliyik. Məsələn tarixi zəfər əldə etmiş bir millətin 60-a yaxın qazisi nəyə görə intihar eləməlidir?! Əlilliyin təyin olunması məsələlərində mövcud olan problemlər və s. bunlar ciddi məsələlərdir”.

Rauf Zeyni həmçinin qeyd edib ki, psixatrik problemlər və eyni zamanda insanların psixi, yəni vəziyyətdən əziyyət çəkən şəxslərin hüquqlarının müdafiə olunması sahəsində də çox böyük problemlər var: “Tam qanuni əsası olan yeni vəziyyəti, tutaq ki, bu və ya digər birinci və ya ikinci qrup əlillik dərəcəsinə uyğun olan xəstələrin əlilliyin təyin olunmasında çox ciddi problemlər var. Bu problemlərlə, əlaqədar qurumlar ciddi məşğul olmalıdır.  Səbinə xanım narkomaniyanın bu günləri ölkədə narkomaniyanın və narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə əlaqədar olaraq xüsusi bir məqamı qeyd elədi ki, vəziyyət heç də ürəkaçan deyil. Ona görə mən də çıxışım zamanı təklif etdim ki, biz Milli Qeyri Hökumət Təşkilatları Forumu ilə vətəndaş cəmiyyəti institutları ilə ombudsman ilə birgə tədbir keçirdək və ayrıca narkomaniyanın da ölkədə vəziyyətini, ictimai müzakirəsini təşkil edək. Hesab edirəm ki, çox aktual bir müzakirə keçirildi, dəyirmi masa oldu və bu dəyirmi masaları çoxaltmaq lazımdır. Bu müzakirələri artırmaq lazımdır, çünki biz müzakirə etdikcə problemlərin çeşidlənməsini, problemlərin ardıcıllaşdırılmasını görürük və bu problemləri gördükcə onların necə həll olunmasını müəyyən edirik və təbii ki, əldə olunan nailiyyətlər, görülən işlər, tikilən xəstəxanalar, açılan klinikalar poliklinikalar çox yaxşıdır. Bu, böyük nailiyyətdir, ölkəmiz inkişaf edir. Ancaq o klinikaları, o müəssisələri mütəxəssislərlə təmin etmək bizim qarşımızda dayanıb. Bu da çox ciddi məsələdir”.

Azərbaycan Milli QHT Forumunun prezidenti açıqlamasında bu məsələlərlə yanaşı sağlam mühitin, sağlam cəmiyyətin yaradılması və sağlam cəmiyyətin sağlam vətəndaş yetişdirilməsi məsələsi də həm dünyada bu günləri qlobalizatsiya problem, yeni qloballaşma dövrü olduğuna görə, bütün təzadlar və fəsadlar dövrü olmağını, müharibələr dövrü olmağını nəzərə alaraq bu problemlərin nə qədər aktual olduğunu da diqqətə çatdırıb: “Belə müzakirələrin keçirilməsi vacibdir və ictimaiyyətin, vətəndaş cəmiyyətinin, QHT nümayəndələrinin iştirakı çox vacibdir. İnanıram ki, belə müzakirələr ölkəmizdə mövcud olan bu sahədə mövcud olan problemlərin aradan qaldırılmasına və bir çox məsələlərdə əhalimizə, daha yaxşı xidmətin təşkil olunması sahəsində bizə imkanlar yaradacaq ki, biz daha yaxşı vəziyyəti təmin edə bilək”.

 

 

Pərvanə Fərhadqızı


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı