Xəbərlər 18.04.2024 16:26 1404

Şirvanda Korrupsiyaya Qarşı Mübarizənin Gücləndirilməsi Məqsədilə DƏYİRMİ MASA - FOTOLAR

Şirvan Regional Qeyri Hökumət Təşkilatlarının  Resurs və Təlim Mərkəzində “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022-2026-cı illər üçün milli fəaliyyət planı”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 04 aprel tarixli 3199 nömrəli sərəncamının 5.1. bəndində nəzərdə tutulan “Korrupsiyaya qarşı mübarizə sahəsində fəaliyyət göstərən vətəndaş cəmiyyəti institutları ilə dövlət orqanları (qurumları) arasında əməkdaşlığın daha da gücləndirilməsi və birgə layihələrin həyata keçirilməsi” mövzusunda dəyirmi masa keçirilib.

QHT.az xəbər verir ki, tədbirdə Şirvan şəhərində fəaliyyət göstərən ictimai birliklərin nümayəndələri, dövlət və yerli özünüidarəetmə qurumlarının əməkdaşları və şəhər sakinləri iştirak ediblər. Tədbiri giriş sözü ilə Şirvan Regional Qeyri Hökumət Təşkilatlarının  Resurs və Təlim Mərkəzinin direktoru Əli Mirzəyev açaraq “İctimai İştirakçılıq Haqqında Azərbaycan Respublikasının Qanunu” barədə, qanundan irəli gələn vəzifələrin cəmiyyət tərəfindən yerinə yetirilməsi vəziyyəti haqqında məlumat verdi.

Şirvan şəhər İcra Hakimiyyəti Hüquq şöbəsinin müdiri Azər Hüseynov şəhərdə görülən abadlıq, quruculuq işləri barədə geniş məlumat verdi. O, qeyd etdi ki, şəhər rəhbərliyi İctimai Şuranın iclaslarında iştirak edir və qaldırılan məsələlərin operativ şəkildə həllinə çalışır. İctimai Şuranın sədri Fəxrəddin Rəhimov təmsil etdiyi qurumun fəaliyyəti, keçirilən tədbirlər, şəhər rəhbərliyi qarşısında qaldırılan məsələlər və onların həlli vəziyyəti barədə məlumat verdi.

“Azad istehlakçılar” ictimai birliyinin Şirvan şəhər nümayəndəliyinin rəhbəri Rafiq Rəsulov Təmsil etdiyi təşkilatın fəaliyyəti, aşkar olunan problemlərin aidiyyatı qurumlara çatdırılması barədə geniş məlumat verdi. Tədbir iştirakçıları müzakirələrdə fəal iştirak ediblər.


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı