Xəbərlər 14.03.2024 11:30 1291

Çinin balıqçı gəmisi Kinmen adaları yaxınlığında batıb

Tayvanın nəzarətində olan Kinmen arxipelaqı yaxınlığında Çin balıqçı gəmisi çevrilib. Tayvan Mərkəzi Xəbər Agentliyinin verdiyi məlumata görə, azı iki ekipaj üzvü həlak olub, daha iki nəfər itkin düşüb.

QHT.az xəbər verir ki, agentliyin məlumatına görə, cümə axşamı səhər tezdən Çinin "Minglongyu 61222" balıqçı gəmisi çevrilərək Kinmen adaları yaxınlığında sularda batmağa başlayıb. Hadisə arxipelaqdan 15 dəniz mili (27,8 km) cənub-qərbdə baş verib. Çinin şərqindəki Futszyan əyalətinin Çjançjou şəhərindən gəmidə olan 6 balıqçı suya düşüb. Xilasetmə əməliyyatı zamanı 4 balıqçı sudan çıxarılsa da, onlardan ikisi ölüb. Daha iki nəfər hələ də itkin düşüb.

Agentliyin məlumatına görə, Tayvan və Çin materiki hadisənin 20 dəniz mili (37 km) radiusunda birgə axtarış-xilasetmə əməliyyatı aparır. ÇXR altı helikopter, həmçinin dəniz xilasetmə gəmiləri göndərib. Agentlik bildirir ki, Tayvanın sahil mühafizəsi xilasetmə əməliyyatlarını həyata keçirmək üçün dörd gəmi göndərib.

 

Pərvanə Fərhadqızı


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı